Previous Next
Bağla

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025 08:57
Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

Mayın 5-də Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb.

Xeberler.az bildirir ki, açılışda çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva iştirakçılara təşkil olunan proqramın əhəmiyyətindən danışıb. O, Medianın İnkişafı Agentliyi ilə birgə icra olunan təlim proqramının media nümayəndələrinin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün tələblərinə uyğunlaşmasına xidmət etdiyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında Agentliyin media sahəsində innovativ bacarıqların inkişafına göstərdiyi xüsusi diqqətdən bəhs edib. O bildirib ki, rəqəmsal dövrdə informasiya ilə işləmə bacarığı, xüsusilə də data jurnalistikası sahəsində ixtisaslaşma medianın cəmiyyətə xidmət missiyasını daha da gücləndirir. Natiq Məmmədli vurğulayıb ki, bu təlim proqramı medianın faktlara əsaslanan və obyektiv informasiyanın yayılmasında daha təsirli rol oynamasına şərait yaradacaq.

Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir, redaktor kimi çalışmış Cef Sauz tərəfindən keçirilən təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verilib.

Təlimin davamında Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək, data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barəsində danışıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

09-05-2025

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb

11-11-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17-11-2025

Media nümayəndələri ilə “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib

19-07-2024

“Süni intellektin mediada tətbiqi” seminarı yekunlaşıb

28-10-2025

Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

04-10-2024

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

Böhran kommunikasiyası təlimləri başa çatıb

13-12-2023

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı konfrans keçirilir

15-05-2025

"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

20-12-2023

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə