Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025 / 10:58

Mediada dərc olunan və (və ya) yayımlanan informasiya dair yeni tələb müəyyənləşir.

Xeberler.az bildirir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən yeni 14.1.11-1-ci maddəy əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Qeyd edilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir. Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə “Media haqqında” Qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.

Saxta xəbərlərlə mübarizə istiqamətində oxşar təcrübə Türkiyənin qanunvericiliyində mövcuddur. Belə ki, internet mediasını dövri nəşrin əhatə dairəsinə daxil edən və media tərəfindən şərti olaraq “Dezinformasiya ilə mübarizə qanunu” adlandırılan layihə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə