AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin əməkdaşı “PostEurope” təşkilatının Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilib.
Xeberler.az bildirir ki, Avropa poçt markalarının idarə edilməsi, onların inkişafının təmin edilməsi, eləcə də markaların Avropa ənənəsinin qorunması məqsədilə 1993-cü ildə yaradılmış “PostEurope” 1996-cı ildən etibarən Ümumdünya Poçt İttifaqının rəsmi olaraq tanınan regional poçt orqanı kimi fəaliyyət göstərir. Bu orqanın digər məqsədi isə milli poçt operatorlarının poçt sektoru siyasətlərinə cavabdeh olan hökumətlərə və ya milli tənzimləyici orqanlara qarşı maraqlarını qorumaqdır.
2021-ci ildən yenilənmə və transformasiya mərhələsinə qədəm qoyan milli poçt operatoru “Azərpoçt” elə həmin ildən etibarən “PostEurope”un üzvü olub. Ötən 5 ildə “Azərpoçt”un bu qurumla sıx əməkdaşlıq ruhunda işləməsi, qurumun siyasətinə və fəaliyyətinə dəstək verməsi nəticəsində Azərbaycanın burada təmsil olunmasına qurum tərəfindən təşəbbüs göstərilib. Belə ki, “PostEurope” Direktorlar Şurasının 11 iyun 2025-ci il tarixli 139-cu iclasında “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynovanın Markalar və Filateliya İşçi Qrupunun sədr müavini təyin edilməsinə qərar verilib. Qeyd edək ki, Sitarə Hüseynova bu qurumda təmsil olunan ilk azərbaycanlıdır.
Məhz Sitarə Hüseynovanın rəhbərliyi altında bu günə qədər Azərbaycan markalarının beynəlxalq rəsmi nömrələmə sistemində (WADP Numbering System) qeydiyyatı aparılıb, beynəlxalq rəsmi satış platforması olan “WOPA+”da yerli markaların satışı təmin olunub. Bundan əlavə, artıq 5 ildir ki, “Azərpoçt” tərəfindən buraxılan markalar “PostEurope” tərəfindən hər il keçirilən Avropa Poçt Müsabiqəsində təmsil olunur. Sonuncu müsabiqə zamanı “Mavi balina” adlı Azərbaycan markası münsiflər və izləyicilər tərəfindən 3-cü yerə layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları