Previous Next
Bağla

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

02-07-2025 13:02
GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti TNC25 beynəlxalq konfransı çərçivəsində GEANT Assosiasiyasının Böyük Britaniyanın Kembric şəhərində yerləşən ofisində olmuşdur. Nümayəndə heyətininin tərkibinə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun baş mütəxəssisi Könül Əliyeva daxil idilər.

Xeberler.az bildirir ki, əsas məqsəd GEANT Assosiasiyasının texniki infrastrukturu, idarəetmə modeli və innovativ xidmətləri ilə daha yaxından tanış olmaq, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarət idi.

Görüş çərçivəsində akademik Rasim Əliquliyev və EaPConnect layihəsinin meneceri İrina Matthews arasında Azərbaycan elm və təhsil şəbəkə infratrukturunun Avropanın akademik məkanına inteqrasiyasını sürətləndirilməsi, eləcə də GEANT ilə AzScienceNet arasında strateji əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti GEANT-ın Data Mərkəzi və Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə əyani tanış olub, şəbəkənin etibarlılığını, davamlılığını və kibertəhlükəsizlik səviyyəsini təmin edən texnoloji platformalarla bağlı ətraflı məlumat əldə ediblər. Eyni zamanda, böyükhəcmli verilənlərin intellektual analizi, süni intellektin tətbiqi və idarəetmə sistemləri üzrə qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb. Əldə olunan razılaşmaların gələcəkdə GEANT ilə birgə layihələrin həyata keçirilməsi, Horizon Avropa proqramlarında iştirak, eləcə də Süni İntellekt üzrə Xüsusi Qrupa institut alimlərinin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

GRENA-nın yubileyi münasibətilə tədbir keçirilib

18-09-2019

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə