Məhkəmə Trampın “TikTok” qadağasını təxirə saldı

28-09-2020 / 11:48

ABŞ federal məhkəməsi Tramp administrasiyasının Çin şirkətinə məxsus “TikTok” sosial media tətbiqini müvəqqəti dayandırıb.

Xeberler.az bildirir ki, sosial media istifadəçilərinin bazar günü yerli vaxtla 23:59-dan etibarən “TikTok”u qadağan edən qərar, qüvvəyə minməsindən bir neçə saat əvvəl paytaxt Vaşinqtonda bir federal məhkəmə tərəfindən müvəqqəti olaraq dayandırılıb.

Çinin sosial media platforması olan “TikTok”un “Oracle-Walmart” ilə ortaq şəkildə mümkün bir razılaşma imzalayacağına dair açıqlamasından sonra, ABŞ Ticarət Nazirliyi 20 sentyabrda qüvvəyə minməsi planlaşdırılan “TikTok” qadağasını təxirə salıb.

Qeyd edək ki, Ticarət Nazirliyi 18 sentyabr tarixində "milli təhlükəsizliyin qorunması" səbəbiylə Çin şirkətlərinə aid olan “TikTok” və “WeChat” sosial media tətbiqetmələrinin yüklənməsini qadağan olacağını açıqlamışdı.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə