“Məktəblər ağıllı lövhələrlə təmin edilir”

16-09-2015 / 16:11

“Azərbaycanda təhsil sahəsində maddi texniki bazanın həyta keçirilməsi istiqamətində ciddi işlər görülüb. Son 12 ildə 3000 yeni məktəb tikilib. Bu məktəblər İKT baxımından tam şəkildə kompüter avadanlığı və ağıllı lövhələrlə təmin olunub. İldən ilə internet şəbəkəsinə qoşulmuş məktəblərin sayı artır. Artıq bu rəqəm 2000-ə çatdırılıb”.

Xeberler.az bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov yeni tədris ilində təhsil müəssisələrində həyata keçiriləcək layihələr, məktəblərin, universistetlərin, məktəbəqədər təhsil müəssisələrinin təminatı haqqında danışarkən bildirib.

Nazirin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən elektron məzmunun yaradılması istiqamətində ciddi işlər həyata keçirilir.

“Azərbaycan təhsili ilə bağlı baş verən bütün yeniliklər, aparılan islahatlar barəsində məlumatlanmaq üçün Təhsil Nazirliyinin rəsmi saytlarına baxmaq kifayətdir. Həmin internet resurslarda  dərsliklərlə yanşı fərdi hazırlıq üçün testlər, müxtəlif tədris materialları da yerləşdirilir”.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.