Previous Next
Bağla

Tədris müəssisələri Təhsil Şəbəkəsinə qoşulur

11-09-2015 10:31
Tədris müəssisələri Təhsil Şəbəkəsinə qoşulur

Tədris müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulması və avadanlıqlarla təchizatı üzrə işlər davam etdirilir.

Təhsil Nazirliyindən Xeberler.az-a verilən xəbərə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə, İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil müəssisəsi ATŞ-yə qoşulub.

Bu günədək ATŞ-yə qoşulmuş 2000 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub. Həmin təhsil müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı qazanıblar.

Qeyd edək ki, ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa zəmin yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda, ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtr sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən vebsaytlara giriş məhdudlaşdırılıb.

Eyni zamanda, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə 1200 ədəd Monoblok Lenovo stolüstü kompüteri paylanılıb. Kompüterlər informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilib.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
2015-ci ildə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

2015-ci ildə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

18-09-2015
Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

26-07-2018
Şagirdlərin yaşadıqları evlər pulsuz internetlə təmin edilib

Şagirdlərin yaşadıqları evlər pulsuz internetlə təmin edilib

30-12-2015
99 təhsil müəssisəsində yeni daxili şəbəkə yaradılıb

99 təhsil müəssisəsində yeni daxili şəbəkə yaradılıb

08-12-2017
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

15-01-2019
“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026
Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

05-08-2015
Məktəblərə yeni İKT avadanlıqlar verilib

Məktəblərə yeni İKT avadanlıqlar verilib

18-09-2015
Məktəblərdə sürətli internet üçün yeni model hazırlanır

Məktəblərdə sürətli internet üçün yeni model hazırlanır

18-09-2015
Təhsil müəssisələrinə 2480 noutbuk verilib

Təhsil müəssisələrinə 2480 noutbuk verilib

22-09-2016
Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

30-11-2015
2051 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

2051 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

26-11-2015
Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019
Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012
Nazirlik təhsil müəssisələri üçün avadanlıqlar alıb - Statistika

Nazirlik təhsil müəssisələri üçün avadanlıqlar alıb - Statistika

28-01-2015
Rayon məktəblərinə sürətli internet çəkilir

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015
128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

21-09-2016
“Məktəblər ağıllı lövhələrlə təmin edilir”

“Məktəblər ağıllı lövhələrlə təmin edilir”

16-09-2015
İKT üzrə təlimlər keçirilib

İKT üzrə təlimlər keçirilib

02-10-2018
Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009
“Elektron təhsil”  müsabiqəsinin nominantları müəyyənləşdirilib

“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015
“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015
Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015
Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə