Məktəblilərimiz Rumıniya tərəfindən keçirilən “Stars of Informatics” virtual müsabiqəsində uğurla çıxış ediblər.
Xeberler.az bildirir ki, 10 ölkədən 120 iştirakçının qatıldığı müsabiqədə şagirdlərimiz 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, akademik Z. Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medal, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüb.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Texniki Universitetinin rəhbərliyi şagirdlərin müsabiqədə iştirak etməsi üçün şərait yaradıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları