Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən və gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafına yönələn “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına qeydiyyat müddətində ümumilikdə 1851 nəfər gənc müraciət edib. İlkin seçim mərhələsinin nəticələrinə əsasən 200 gənc namizəd imtahan mərhələsində iştirak etmək şansı qazanıb.
Xeberler.az bildirir ki, Gənclər Təşkilatından verilən məlumata görə, aprelin 23-24-də mərhələli şəkildə keçirilən imtahan prosesində iştirak edən namizədlər məntiqi düşüncə, informasiya texnologiyalarının əsasları, süni intellekt savadlılığı və bu sahədə etik davranış qaydaları üzrə təqdim olunan test tapşırıqlarını cavablandırıblar.
İmtahanda yüksək nəticə göstərən iştirakçılar isə növbəti seçim mərhələsi olan müsahibəyə dəvət olunacaqlar. Müsahibə prosesi çərçivəsində namizədlərin analitik düşünmə qabiliyyəti, problem həlletmə bacarıqları və motivasiyası hərtərəfli şəkildə qiymətləndiriləcək.
Xatırladaq ki, proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellektəsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiyaəsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə vermək məqsədi daşıyır.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları