Cümə axşamı “Meta” şirkəti əməkdaşlarının təxminən 10 faizini, yəni 8 min nəfərə yaxın işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, o cümlədən süni intellektin inkişafı ilə əlaqədar texnologiya sektorunda davam edən ixtisar dalğasının növbəti mərhələsidir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “Meta”nın kadrlar üzrə direktoru Canel Qeyl bildirib ki, şirkət bununla yanaşı, təxminən 6 min vakant yeri də bağlayır. İxtisarlar mayın 20-dən qüvvəyə minəcək.
Digər texnologiya nəhəngləri kimi “Meta” da süni intellektin inkişafına fəal şəkildə sərmayə yatırır. Şirkət ötən il data mərkəzləri və süni intellekt üçün lazım olan digər infrastrukturla bağlı kapital xərclərinə 72,2 milyard dollar yönəldib.
“Meta”nın yanvar ayında açıqlanan maliyyə hesabatına görə, bu göstəricinin cari ildə azı 115 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları