“Aztelekom” Azərbaycan-Türkiyə İş Adamları Birliyinə üzv olub

24-04-2026 / 11:16

“Aztelekom” MMC Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv olub. Bu üzvlük şirkətin biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və korporativ əməkdaşlıqların inkişafı baxımından mühüm addımdır.

Xeberler.az məlumat verir ki, telekommunikasiya sahəsində uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan “Aztelekom” fərdi və korporativ müştərilər üçün müxtəlif rəqəmsal həllər təqdim edir. ATİB üzvlüyü isə şirkətə müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı biznes tərəfdaşları ilə daha yaxından əməkdaşlıq etmək imkanı verəcək.

Bu əməkdaşlıq çərçivəsində “Aztelekom”un korporativ satış istiqamətində imkanlarının genişlənməsi, yeni layihələrin formalaşması və biznes əlaqələrinin daha da güclənməsi gözlənilir.

Cəmiyyət bundan sonra da innovativ yanaşmalarla bazarda mövqeyini möhkəmləndirməyi və tərəfdaş şəbəkəsini genişləndirməyi hədəfləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə