“Rabitə aylığı”nda ev telefonu çəkilişi əvəzinə əhalinin internet problemi həll olunmalıdır”.
Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı"na başlayıb. Beləliklə, bu ay ərzində sahə üzrə müvafiq öhdəliklərin icrasına nəzarət artırılıb.
"Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində prioritet seçilən məsələlər üzrə vətəndaş qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması, həmçinin, müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və əldə olunan nəticələr üzrə tədbirlərin görülməsi qərarlaşdırılıb.
"Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində baş tutacaq güzəştli kampaniyalar bunlardır:
- mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;
- təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;
- CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi;
- İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;
- genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;
- domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi güzəştli kampaniyaların təşkili.
Ekspertlər isə hesab edir ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində İKT sektorunda mövcud vəziyyəti qiymətləndirmək, problemləri, prioritetləri müəyyən etmək və bunların aradan qaldırılması üçün yeni yanaşmalar irəli sürmək lazımdır. Yəni, eskpertlər RYTN-nin bu ay çərçivəsindəki işlərini yetərli hesab etmirlər.
Qeyd edilir ki, evlərə telefon çəkilişi, hər hansı rabitə xidmətlərindən birinin ödənişsiz çəkilməsi əvəzinə ümumilikdə İKT sektoru və rabitə sahəsində hələ də həll olunmamış problemlərin araşdırılmasına çalışmaq daha məqsədəuyğundur. Ekspertlər bildirir ki, vətəndaşların rabitə xidmətləri üzrə həllini gözlədiyi ciddi problemlər aşağıdakılardır:
- internetlə bağlı dövlət provayderlərinin haqsız rəqabət mühiti yaratmasına, qiymətlərin yüksək olmasına, provayderlərin istifadəçiləri “çəkidə aldatmaq” məsələsinə, ATS- lərdə hər bir müştəriyə görə provayderlərdən alınan qeyri-qanuni haqlara diqqət yetirilməsi;
- RYTN və Delta Telecom tərəfindən, xüsusilə də son günlərdə baş verən “16 noyabr” internet problemindən sonra, internet qiymətlərinin endirilməsi və ya bu qiyməti saxlamaqla sürətin artırılması;
- BTRİB, Aztelekom və Ultel-də mövcud olan “doğma provayder” məsələsinə, inhisarçılıq məsələsinə son qoyulması;
- kabel-kanalizasiya sistemlərindən hər bir provayderin istifadəsi üçün şərait yaradılması, İP telefoniya xidmətinə olan qadağanın aradan götürülməsi;
- RYTN-də və tabeli qurumlarda şəffaflıq və informasiya açıqlığı məsələlərinin gücləndirilməsi, RYTN-də ictimai nəzarət imkanlarının genişləndirilməsi;
- BTRİB- in müəyyən etdiyi analoqu olmayan tariflərin ləğv edilməsi.
Bu cür problemlərə rəğmən , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin evlərə ödənişsiz telefon çəkdirməklə bağlı təşəbbüsü elə də ciddi səslənmir.
Çünki bu sektorda real vəziyyət ondan ibarətdir ki, əhalinin ev telefonu çəkilişinə ehtiyacı yoxdur. İnsanlar artıq ev telefonların nömrələrini belə unudublar, ev telefonundan istifadə edənlərə az-az hallarda rast gəlmək mümkündür.
Reallıq ondan ibarətdir ki, əhalinin ev telefonuna deyil, keyfiyyətli və sərfəli internetə və mobil rabitəyə, rəqabətli, şəffaf, informasiyalı mühitə ehtiyacı var.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri