Previous Next
Bağla

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

30-08-2024 17:37
Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

Avqustun 27-29-da Bakı şəhərində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 nömrəli Sərəncamına əsasən Bakı şəhəri və şimal bölgəsində alınıb quraşdırılmış və yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulan FM radioyayım stansiyalarının maneəsiz istismarı üçün Qazaxıstanla koordinasiya işləri müzakirə olunub.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə əlaqədar Bakı şəhərində quraşdırılmış və şimal bölgəsində quraşdırılacaq DAB+ standartlı rəqəmsal radioyayım stansiyalarının tezliklərinin koordinasiyası üzrə müzakirələr keçirilib.

Qazaxıstan mütəxəssislərinin istəyi ilə Bakı şəhərində rəqəmsal radio yayımı üzrə aparılan işlər barədə təcrübə mübadiləsi aparılıb.

Görüş zamanı 700 MHs və 800 MHs tezlik zolaqlarında yeni nəsil mobil rabitə xidmətlərinin tətbiqi ilə bağlı müvafiq texniki razılaşmalar əldə olunub. Koordinasiya görüşündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və “Teleradio” İB-nin mütəxəssisləri iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

01-10-2024

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

26-04-2024

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

11-12-2024

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

Azərbaycan və İran nümayəndələri arasında görüş keçirilib

21-10-2025

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023

Azərbaycan və İraq arasında görüş keçirilib

21-11-2025

Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək

22-07-2024

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Azərbaycan Qazaxıstanda keçirilən Rəqəmsal Yayım üzrə Koordinasiya Qrupunun iclasında iştirak edəcək

01-09-2009

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023

Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

13-12-2024

Azərbaycanda yeni radio açılır

24-01-2024

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

11-09-2024

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə