Previous Next
Bağla

Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

13-12-2024 10:52
Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?
"RİNN və Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbir daha çox ötən il Prezident sərəncamı ilə radioyayım sektorunun inkişafı üçün ayrılan 13.7 milyon manat vəsaitlə bağlı görülən işlərin Hesabatına həsr olunmuşdu".
 
Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bu sözləri ötən gün keçirilən "Azərbaycanda radio yayımının dünəni, bu günü və sabahı" mövzusunda seminarı şərh edərkən deyib.
 
Ekspert bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura, Teleradio Birliyi və Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan təqdimatlarda adı çəkilən sərəncamın icrası istiqamətində qısa zamanda xeyli işlərin görüldüyü diqqət cəlb edirdi:
 
"Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb, 176 radio ötürücü stansiyası quraşdırılıb, hərəkətdə olarkən eyni radioproqramın yayım keyfiyyəti yaxşılaşdırılıb, ayrılan tezlik nominalların sayı artırılıb, radio proqramlara əlçatanlıq təmin edilib, mövcud maddi-texniki baza təkmilləşdirilib. Ümumölkə statuslu yerüstü radio kanalların sayı 17-ə çatdırılıb. Radio yayımçılara da 3 illik texnoloji dəstək veriləcək".
 
Osman Gündüzün sözlərinə görə, əsas müzakirə predmeti həm də rəqəmsal radioya keçid məsələsi olub:
 
"Teleradio Birliyi artıq bir neçə ildir ki, DAB+ texnologiya ilə rəqəmsal radionu ölkə ərazisində testdən keçirir. Rəqəmsal radioyayıma keçidlə bağlı hökumət 2024-2028-ci illəri əhatə edən tədbirlər palnını təsdiq edib. Cari ilin sonunadək Teleqüllədən aparılan DAB+ standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından DAB+ yayımın təşkili planlaşdırılıb".
 
Ekspert bildirib ki,  müzakirələrdə ölkəyə gətirilən Çin istehsallı avtomobillərin bir çoxunda rəqəmsal yayımı dəstəkləyən radionun olmadığı diqqətə çatdırılıb:
 
"Xatırladıram ki, bu texnologiya ilə təmin olunan avtomobillərdə qiymət fərqi ən azı 300-500 manat arasında dəyişir.
Müzakirələrdə DAB+ texnologiyanı dəstəkləyən cihazların ölkəyə gətirilməsinin stimullaşdırılması, hökumətin bu sahəyə dəstəyinin və güzəştlərin təşkili, bu texnologiya ilə təmin edilən avtomobillərin idxalının stimulaşdırılması, maarifçilik işlərinin təşkili məsələlərinə toxunulub".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

26-04-2024

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

11-12-2024

Radioyayıma ayrılan 13.7 milyon manat necə xərclənəcək?

26-07-2023

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Azərbaycanda yeni radio açılır

24-01-2024

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Azərbaycanda qanunsuz radio yayımlarının qarşısı alınacaqmı?

28-07-2023

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Azərbaycan və Gürcüstan rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

01-10-2024

Rəqəmsal yayıma keçidlə bağlı radio yayımçılarına subsidiyalar veriləcək

15-01-2025

“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

04-06-2024

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

11-09-2024

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

30-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə