Previous Next
Bağla

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018 10:21
Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

Prezident İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında da sərəncam verib.

Xeberler.az  məlumat verir ki, sərəncamda bildirilib ki, rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış əldə etməyə imkan verir.

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir.

Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanmışdır.

Bütün bunlar nəzərə alınaraq,  Azərbaycan Respublikasında elektron ödəniş xidmətlərinin inkişaf etdirilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə aşağıdakı qərar verilib:

1. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

16-11-2018

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya təsdiqlənib

10-12-2025

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

Azərbaycan e-xidmətlərlə bağlı MasterCard-la dövlət proqramı hazırlayıb

27-12-2017

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Regionların inkişafına dair yeni proqram təsdiqləndi

30-01-2019

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

Azexport portalı VISA İnternational şirkəti ilə əməkdaşlığa başlayıb

07-11-2018

Azərbaycanda kosmik sənayenin yaradılması haqda Dövlət Proqramı rəsmən təsdiq olundu

19-08-2009

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

06-11-2019

Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsinə 13,7 milyon manat ayrılıb

24-07-2023

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Ödəniş kartlarının istifadəsində dəyişiklik olunacaq

11-09-2019

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04-04-2014

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

16-11-2018

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Ekspert: Dövlət proqramının icrası ilə bağlı ziddiyyətli fikirlər var

09-12-2021

Palatada elektron bankçılıq xidmətləri sahəsində tədbir keçirilib

30-04-2019

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə