Previous Next
Bağla

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

13-09-2019 11:01
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

Xeberler.az bildirir ki, iki gün davam edəcək tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABŞ-ın bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunur.
Mətbuat Şurasının sədri Azərbaycanda media sahəsində əldə edilən uğurlar barədə danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Azərbaycanda etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edib. Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırıb ki, hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb. Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricilərindən biri də odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır. Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: “Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Azərbaycan dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Mətbuat Şurası bu istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər. Toplantı sentyabrın 13-də işini plenar sessiyalarla davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında təmsil olunacaq

08-07-2009

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib

13-07-2009

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

Əflatun Amaşov sədrin birinci müavini təyin olunub

17-09-2019

“Əhalinin 75 faizi hər gün internetdən istifadə edir”

16-06-2016

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010

Bakıda ənənəvi və onlayn media müzakirə edilib

17-07-2012

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016

Əflatun Amaşov Amsterdamda Facebookdan danışdı

05-11-2010

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

Dövlət internet mediaya dəstək göstərəcək

18-01-2016

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

Medianın özünütənzimlənməsi-nə aid kitabın təqdimatı olub

10-09-2009

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021

“Cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

11-08-2022

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009

Azərbaycanda İnternet Media Mərkəzi (İMM) yarandı

07-09-2011

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə