“Microsoft” korporasiyası tərəfindən dərc edilmiş “Digital Defense Report” adlı illik hesabatda son ildə kibertəhlükəsizlik sahəsində əsas tendensiyalar haqqında məlumat verilib. Şirkətin mütəxəssisləri qeyd ediblər ki, hakerlər öz əməliyyatlarının aşkar edilməsinin qarşısını almaqla yanaşı, daha mürəkkəb maskalanma metodlarından istifadəyə başlayıblar.
Xeberler.az bildirir ki, bütün kiber hadisələrin təxminən 70 faizi fişinq hücumlarının payına düşüb. Cinayətkarlar müntəzəm olaraq “Microsoft”, “UPS”, “Amazon”, “Apple” və “Zoom” kimi böyük şirkətlərin göndərmələrini təqlid edən elektron məktublar göndəriblər. “Microsoft”un mütəxəssisləri, həmçinin hakerin qurbanın sistemində olduğu orta müddətin azalması (indi bu göstərici təxminən 45 dəqiqə təşkil edir) haqqında bildiriblər. Korporasiya tərəfindən bu yaxınlarda keçirilmiş sorğuya əsasən, informasiya təhlükəsizliyi üzrə direktorların 73 faizi bildirib ki, onların təşkilatı son ildə məxfi məlumatlar da daxil olmaqla məlumat itkisi ilə üzləşiblər.
2020-ci ilin birinci yarısında, həmçinin korporativ hesabların ələ keçirilməsinə hədəflənmiş hücumların sayında artım qeydə alınıb. Bu metod çərçivəsində sistematik axtarıb tapma, parol siyahıları və əvvəlki müdaxilələr nəticəsində ələ keçirilmiş qeydiyyat məlumatları istifadə olunur. Fişinq hücumlarının tezliyini, zərərverici proqram təminatının köməyi ilə informasiyanın ələ keçirilməsi və bundan əvvəl ələ keçirilmiş parolların təkrar istifadə tezliyini nəzərə alaraq, istifadəçilərin giriş üçün məlumatları digər təhlükəsizlik metodları ilə kombinasiya etməsi çox vacibdir.
Mütəxəssislərin bəyanatına görə, təşkilatlar üçün çoxfaktorlu autentifikasiyanın tətbiq edilməsi artıq zərurətə çevrilib. “Microsoft”un məlumatına görə, ondan istifadə hesablara müdaxiləyə hədəflənmiş bütün hücumların 99 faizinin qarşısını alır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri