Previous Next
Bağla

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016 13:23
Azərbaycanda kibertəhlükələr artır- Microsoft  xəbərdarlıq edir

Kibercinayətlərin sayının artımı səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə Microsoft şirkəti  Azərbaycanda Qaynar xətt açır.

Xeberler.az-ın məlumatına görə,  şirkət Azərbaycanda kibertəhlükələrin artımını qeyd edir ki, bu da son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT-şəbəkələrinə kiberhücumların sürətli artımı ilə bağlıdır.

IDC-nin hesabatına əsasən, 65 faiz  hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompüterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir.

İnternetdə Microsoft Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsi ilə eyni saxta sxem Azərbaycanda da rast gəlinir. Misal üçün “pulsuz Windows yükləmək” təklifi vasitəsi ilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.

Microsoft Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80 faizi  keçmişdə kibercinayətkarlıq ilə qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5 faizi isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.

 “Cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən il ərzində 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir, - deyə Microsoft-un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev qeyd edib.

Onun sözlərinə görə, Microsoft  Korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür.

Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, Symantec-ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.

Kompüter piratçılığı da daxil olmaqla kibercinayətlər barədə bildirmək və ya bununla bağlı məsləhət almaq istəyənlər Azərbaycan ərazisində bu elektron adres ünvanına müraciət edə bilər.

 

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016
Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017
Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018
Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017
Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015
Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012
Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

22-10-2008
“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021
"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020
Kompüterlərin üçdə biri virusa yoluxma təhlükəsinə məruz qalıb

Kompüterlərin üçdə biri virusa yoluxma təhlükəsinə məruz qalıb

03-08-2015
“Microsoft”un süni intellektləri virusları zərərsizləşdirəcək

“Microsoft”un süni intellektləri virusları zərərsizləşdirəcək

07-08-2025
Hansı saytlar kompüterə virus salır?-Hesabat

Hansı saytlar kompüterə virus salır?-Hesabat

04-10-2017
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

30-09-2020
Kiberhücumlardan 158 milyard dollar zərər dəyib

Kiberhücumlardan 158 milyard dollar zərər dəyib

25-01-2016
Microsoft piratçılığa qarşı ciddi mübarizə aparır

Microsoft piratçılığa qarşı ciddi mübarizə aparır

06-05-2015
DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014
Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008
“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009
Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018
Ölkəmizdə proqram təminatına lisenziya nəzarəti tətbiq ediləcək

Ölkəmizdə proqram təminatına lisenziya nəzarəti tətbiq ediləcək

29-09-2015
“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

16-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə