Previous Next
Bağla

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021 11:17
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky-nin məlumatına görə 2021-ci ilin ikinci rübündə Microsoft Exchange serverinin istifadəsi ilə edilən mürəkkəb hədəf hücumlarının sayında artım müşahidə olunub. Xüsusilə, bu proqram təminatındakı zəifliklər naməlum, çox güman ki, uzunmüddətli GhostEmperor kiber casusluq kampaniyasının həyata keçirilməsi üçün çin dilində danışan bir qrup tərəfindən istifadə edilir. Onun hədəfi əsasən Cənub-Şərqi Asiyadan olan iri şirkətlər, o cümlədən, dövlət müəssisələri və telekommunikasiya şirkətləridir.

Mütəxəssislərin fikrincə, qrup ən azı 2020-ci ilin iyulundan etibarən qabaqclı alətlər dəstindən istifadə etməkdədir. GhotEmperor-un özəlliyi ondadır ki, təcavüzkarlar hücum zamanı daha öncə məlum olmayan, imtiyazlı rejimdə çalışan “rootkit”-dən (özünün və ya digər bir zərərli proqramın fəaliyyətlərini antivirusdan gizlədən proqram) istifadə ediblər.

Windows Driver Signature Enforcement drayver yazılışı yoxlaması mexanizmindən yan keçmək üçün, Cheat Engne aləti vasitəsilə yükləmə sxemi tətbiq ediblər. Bu, oyunların təhlili və yalançı kodların yaradılması üçün açıq koda malik bir proqramdır ki, həm də nişansız drayverlərin yüklənməsi üçün istifadə edilə bilir.

“İstehsalçılar kiber təhdidlərin aşkarlanması və onlardan qorunma vasitələrini, hədəf hücumu təşkilatçıları isə öz alətlərini təkmilləşdirirlər. Məsələn, GhostEmperor təcavüzkarların yeni texnikalar və zəfiliklər axtarışında olmasına bir sübutdur. Daha əvvəllər məlum olmayan “rootkit”-dən istifadə edərək, Microsoft Exchange serverlərinə edilən hücumların təhqiqatını çətinləşdirirlər”, - deyə Kaspersky Rusiya araşdırmalar mərkəzinin rəhbəri Mariya Namestnikova bildirib.

Hədəf hücumları ilə mübarizə üçün Kaspersky şirkətlərə tövsiyə edir:

1. öz İT komandanızı kiber təhdidlər haqqında aktual məlumatlara girişlə təmin edin və İT mütəxəssisləri üçün müntəzən təlimlər keçin;
2. mürəkkəb hücumlara qarşı Kaspersky Endpoint Detection and Response, Kaspersky Anti Targeted Attack və Kaspersky Expert Security-nin digər həlləri kimi xüsusi həllər tətbiq edin;
3. öz əməkdaşlarınızın kiber təhlükəsiz davranış haqqında məlumatlılığını artırın, çünki hədəf hücumları daha çox fişinq və ya digər sosial mühəndislik sxemləri ilə başlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

04-06-2020

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə