Previous Next
Bağla

"Microsoft": Kiberhücumlarda artım müşahidə olunur

22-10-2024 13:38
"Microsoft": Kiberhücumlarda artım müşahidə olunur

“Microsoft” tərəfindən nəşr olunan Rəqəmsal Müdafiə Hesabatı 2024-də kiberhücumların artdığını bildirir.

Xeberler.az məlumat verir ki, hesabata görə, şifr hücumları saniyədə 7 minə çatıb. Bu vəziyyət veb təhlükəsizliyinin nə qədər zəif olduğunu göstərir.

Ən diqqət çəkən məqamlarından biri də dövlət tərəfindən dəstəklənən kiberhücumların artmasıdır. “Microsoft” qeyd edir ki, bir çox ölkələr məlumatları oğurlamaq, ziyan vurmaq və “ransomware” yaymaq üçün hakerlərdən istifadə edirlər.

Bu hakerlər yaxşı maliyyələşdikləri və qabaqcıl alətlərə sahib olduqları üçün ciddi təhlükə yaradırlar.

Süni intellekt kibercinayətkarlıq üçün yeni alətə çevrilir. Hakerlər süni intellektdən istifadə edərək insanları aldatmaq üçün şəkillər, videolar və mətn kimi saxta məzmunlar hazırlaya bilərlər. Bu, kiberhücumların daha mürəkkəb və təsirli olmasına səbəb olur.

“Microsoft”un müştəri təhlükəsizliyi və təhlükəsizlik komandasının rəhbəri Tim Burt qeyd edir ki, dövlət tərəfindən dəstəklənən hakerlər getdikcə bacarıqlı olur və onların qarşısını almaq daha çətindir.

T.Burt kibercinayətlərdə süni intellektdən istifadənin təhlükəsinə işarə edərək, bu vəziyyətin şirkətlər və fərdlər üçün böyük risk yaratdığını vurğulayır.

Qeyd edək ki, “Microsoft” hər gün 600 milyondan çox kiberhücumun qarşısını aldığını açıqlayıb. 2022-ci ildən bəri fırıldaqçılıq halları 400%, “ransomware” hücumları isə demək olar ki, üç dəfə artıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

Elektron poçt sisteminə edilən fişinq hücumlarının sayı artıb

02-11-2020

Smartfonlara virus hücumlarının sayı artıb

02-08-2019

Dövlət Xidməti I yarımildə 52 saxta domenin fəaliyyətinin qarşısını alıb

28-07-2023

Kiberhücumlar nəticəsində alman şirkətləri milyardlarla avro itirib

30-08-2024

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

“Microsoft”un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

08-03-2021

Google reklamlarında təhlükə-Hakerlər virus yayır

22-11-2022

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

30-09-2020

6 ildə şirkətlərin kiberhücumlardan zərəri 82 faiz artıb

27-10-2015

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

16-05-2017

Azərbaycan Mərkəzi Bankı Vətən müharibəsində erməni hakerlərin hədəfi olub

09-12-2021

İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

24-10-2023

Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

17-06-2022

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016

“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər vasitəsilə kiberhücumların qarşısı alınıb

17-01-2024

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

07-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə