Previous Next
Bağla

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019 11:06
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

“Kaspersky Lab” fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haqqında bildirişlər göndərən yeni genişmiqyaslı spam kampaniyasını aşkarlayıb.

Xeberler.az bildirir ki, cinayətkarların istifadə etdiyi sxem belədir: korporativ istifadəçi səsli mesajın göndərilmə vaxtı, səsin müddəti eləcə də, yarımçıq “Just checking to remind you in regards to our…” cümləli məktub alır. Səsli mesajı dinləmək üçün istifadəçiyə “Microsoft”un məşhur xidmətlərindən birinə, məsələn, “Outlook” poçtuna daxil olmaq adı altında fişinqli linkə keçmək təklif olunur. Əgər istifadəçi “Sistemə giriş” düyməsini basırsa, məlumatlar cinayətkarların resursuna göndərilir, istifadəçi isə inandırılmaq üçün real səsli mesajlaşma xidmətinin təsviri olan sayta yönləndirilir.

Loqin və şifrələri əldə etmək üçün istifadə olunan məşhur vasitələrdən biri də çatdırılma növbəsində gözləyən məktublar barədə fişinq mesajların göndərilməsidir. İstifadəçi onları qəbul etmək üçün linkə keçməli və identifikasiya səhifəsində korporativ hesabdan məlumatları daxil etməli olduğunu bildirən bildiriş görür. Əslində isə bu saxta bildirişdir.

“Hesab edirik ki, bu kampaniyanın məqsədi məxfi kommersiya məlumatlarına çıxış əldə etməkdir, çünki bu hücumlar xüsusi olaraq korporativ istifadəçilərə yönəlib. Fişerlər bilirlər ki, işçilər əhəmiyyətli məktub və ya səsli mesajları qaçırmaqdan çəkinirlər. Buna görə də inandırıcı fırıldaqlara əl atırlar. Cinayətkarlar metodlarını fəal şəkildə inkişaf etdirirlər. Bunun qarşısını almaq üçün şirkətlər diqqətli olmalı və yüksək keyfiyyətli antifişinq texnologiyalarını ehtiva edən etibarlı təhlükəsizlik həllərindən istifadə etməlidirlər; - bunu “Kaspersky Lab” şirkətinin baş spam təhlilçisi Mariya Vergelis deyib.

Fişinq ən sürətlə böyüyən kiber təhlükədir. Əldə etdiyimiz məlumatlara görə, 2018 ci ildə hücumların orta aylıq sayı 350% -dən çox artıb. Bu növ təhdiddən qorunmağın effektiv yolu çoxfaktorlu identifikasiyadır. Onun SMS kodla deyil, mobil identifikator həllinin “soft-token” proqramı ilə birlikdə istifadə edilməsi daha yaxşı olar. Bundan başqa, şirkətlərə kiber təhlükəsizlik sahəsində işçilərin məlumatlılığını artırmaq üçün mütəmadi təlimlər keçirməyi tövsiyə edirik; - bunu “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkəri üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin deyib.

Fişinq hücumlardan effektiv qorunmaq üçün “Kaspersky Lab” şirkətlərə bunları tövsiyə edir:

• İşçilərə rəqəmsal savadlılığın əsaslarını öyrədin: naməlum mənbələrdən gələn elektron məktubları açmamaq; gizli məlumatları yalnız identifikasiyası effektiv olan etibarlı bulud xidmətlərində saxlamaq; rəsmi mənbələrdən yüklənmiş ligitim proqram təminatlarından istifadə etmək. İşçilərin kiber savadlılığının artırılmasına, məsələn, Kaspersky Automated Security Awareness Platform kömək edə bilər.

• Zərərli proqram təminatından, şifrələnmə və fişer hücumlardan qoruyan etibarlı həll istifadə edin Məsələn, biznes üçün Kaspersky Total Security  tövsiyə olunur. Bu həll həmçinin poçt serverləri üçün də qorunmanı təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020
Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

26-12-2022
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

07-12-2019
Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019
Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə