Previous Next
Bağla

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019 11:45
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Xeberler.az bildirir ki, “Kaspersky Lab” şirkətinin məlumatına görə, 2019-cu ilin ilkvaltı ayında bank troyanları dünya üzrə 430 min fərdi və korporativ istifadəçiyə hücum edib. Bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Hücuma məruz qalanların üçdə biri (30%) korporativ istifadəçilərdir. “RTM” troyan virusu əvvəllər olduğu kimi fəallığını qoruyub saxlayır. Bu virus kiçik şirkətlərin maliyyə hesabatlarına cavabdeh işçilərinə qarşı yönəlib. İlin ilk altı ayı ərzində həyata keçirilmiş troyan hücumların 40% -i “RTM” vasitəsilə reallaşdırılıb.

Maliyyə sahəsinə daha çox ziyan vuran ikinci fəal proqram isə “Emotet” olub. Bu proqram sistemə elektron məktublar vasitəsilə daxil olur. Ötən altı ay ərzində baş tutmuş hücumların 15%-i məhz “Emotet”in payına düşür. Maliyyə yönümlü zərərli proqram təminatı üzrə dünyanın ilk üçlüyünü “Trickster” (12%) troyanı tamamlayır. Bank troyanları pul və ödəmələr üçün lazım olan məlumatları oğurlamaq, eləcə də, maliyyə təşkilatlarının aktivləri və cihazlarına çıxış əldə etmək üçün istifadə olunur.

Bu, şirkətlər üçün daha təhlükəlidir, çünki korporativ mühit internetə qoşulmuş çoxlu sayda cihazı birləşdirir. Onlardan birinin hücuma məruz qalması bütün şəbəkəni təhlükə altına alır. Çox vaxt maliyyə yönümlü zərərli proqramlar spam və fişinq saytları vasitəsilə yayılır. “Kaspersky Lab” ilin ilk yarısında iri bankların saxta səhifələrindən istifadə etməklə həyata keçirilmiş 339 min fişinq hücumu qeydə alıb. “Son illərin tendensiyasını nəzərə alaraq, maliyyə yönümlü zərərli proqramların ilin sonuna fəallığını artıracağını güman edirik və şirkətlərə istifadə etdikləri təhlükəsizlik həllərinin yayılmış bank troyanlarını aşkar edib məhdudlaşdırdığına əmin olmağı tövsiyə edirik.- deyə “Kaspersky Lab” şirkətinin anti-virus eksperti Oleq Kupreyev vurğulayıb.

Maliyyə təhdidlərindən qorunmaq üçün “Kaspersky Lab” təşkilatlara aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

• işçilərə kibertəhlükəsizliyin əsasları üzrə təlim keçmək;
• bütün korporativ cihazlarda ən son proqram yeniliklərini yükləmək;
• naməlum mənbələrdən proqram yükləmə imkanlarını məhdudlaşdırmaq;

• banklara yönəlmiş təhdidləri aşkar etmək, araşdırmaq və vaxtında aradan qaldırmaq imkanı verən EDR həllini tətbiq etmək, məsələn “Kaspersky Endpoint Detection and Response”

• ən təhlükəli məlumatları əldə etmək üçün təhdid haqqında məlumatlandırma xidmətlərini SIEM sistemlərinə və digər təhlükəsizlik idarəetmə elementlərinə birləşdirmək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Emotet yenidən canlanır

20-04-2022

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə