Previous Next
Bağla

Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

26-09-2025 20:36
Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

Microsoft şirkəti, daxili araşdırmadan sonra İsrail Müdafiə Nazirliyinin bəzi texnologiyalarına çıxışı kəsdiyini elan edib. Şirkətin araşdırması nazirliyin Microsoft xidmətlərindən Fələstinlilərin telefon danışıqları barədə izləmə məlumatlarını saxlamaq (yaddaşda tutmaq) üçün istifadə etdiyini üzə çıxarıb.

Xeberler.az məlumat verir ki, şirkətin cümə axşamı verdiyi açıqlamada, İsrail ordusunun bəzi Azure bulud anbarı və süni intellekt xidmətləri abunəliklərinin "tamamilə dayandırıldığını və bloklandığını" bildirib.

Microsoft-un prezidenti Brad Smith məsələyə münasibət bildirərkən şirkətin prinsipial mövqeyini bir daha vurğulayıb:

"Biz mülki şəxslərin kütləvi şəkildə izlənməsini təmin edəcək texnologiyaları təklif etmirik. Bu prinsipə iyirmi ildən artıqdır ki, dünyanın hər yerində sadiq qalmışıq."

Smith qeyd edib ki, Microsoft-un standart müqavilə şərtləri onların texnologiyasından mülki şəxslərə qarşı kütləvi nəzarət məqsədilə istifadə edilməsini qəti qadağan edir.

Smith araşdırmanın "The Guardian" qəzetində dərc olunan bir yazıdan sonra başladığını açıqlayıb. Yazıda İsrail ordusunun elit kəşfiyyat bölməsi olan "Unit 8200"ün Qəzza və İordan çayının qərb sahilindəki Fələstinlilərin telefon danışıqlarına dair məlumatları saxlamaq üçün Microsoft-un Azure bulud infrastrukturundan istifadə etdiyi iddia olunurdu.

Smith, müştəri məxfiliyi səbəbindən həmin məzmunlara birbaşa girişlərinin olmadığını deyib və bu iddiaları ortaya çıxardığı üçün "The Guardian"a təşəkkür edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft şirkətinə yeni prezident seçildi

15-09-2015

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019

“Microsoft” Cənubi Afrikaya 298 milyon dollar sərmayə qoyacaq

10-03-2025

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015

Microsoft şirkəti autizm xəstəliyi olan işçilər axtarır

10-04-2015

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

Microsoft Adallom şirkətini satın almağa hazırlaşır

23-07-2015

BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

24-01-2025

Bu marketlərin serveri Microsoft-un platformasına köçürüldü

23-01-2018

"Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırılıb

04-12-2024

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015

Microsoft Skype-ı neçə milyarda alır?

11-05-2011

Azərbaycanda Bulud texnologiyalarının tətbiqi genişlənir

02-07-2015

"Microsoft" şəxsi məlumatları mühafizə edəcək

20-02-2015

Microsoft-un BULUD həlləri istifadəçilərinin sayı artıb

29-10-2015

Microsoft prezidenti: “Kibermüharibə erasına qədəm qoymuşuq”

10-11-2017

Microsoft Bakıda şirkətlər üçün təlim təşkil edib

20-02-2017

Microsoft və Facebook yeni reklam sazişi imzalayıblar

25-07-2008

Bulud Texnologiyalarından pulsuz seminar olacaq

21-12-2014

“Microsoft” “SpaceX” ilə əməkdaşlıq edəcək

21-10-2020

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə