Previous Next
Bağla

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015 15:34
Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Microsoft şirkətinin nümayəndələri ilə görüş keçirmişdir.

Xəbərlər-in qurumdan aldığı məlumata görə, görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov və digər mütəxəssislər iştirak etmişlər.

Microsoft şirkətini Microsoftun Azərbaycanda strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev və Mərkəzi Avropa regionu üzrə partnyorların biznesinin inkişafı meneceri Sofiya Katsara təmsil etmişlər.

Görüş zamanı Microsoft şirkətinin Bulud texnologiyaları (Microsoft Azure) və bu sahədə göstərilə biləcək servislər müzakirə edilmişdir. Müzakirələr zamanı Azure platformasının böyük həcmdə məlumatların saxlanılması, fəlakətlər zamanı kompüter sistemlərinin bərpa edilməsi və rezervləmə imkanları daha böyük maraq oyatmışdır.

Görüşün sonunda, MHM mütəxəssislərinin Microsoft Azure platformasının imkanları ilə 1 ay müddətində tanış olması və MHM-in göstərdiyi bəzi xidmətlərin potensial olaraq Buluda keçid təkliflərinin hazırlanması qərara alınmışdır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017

Məlumat Hesablama Mərkəzi sertifikata layiq görülüb

03-09-2015

Bu marketlərin serveri Microsoft-un platformasına köçürüldü

23-01-2018

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Nazir Microsoft şirkətinin vitse-prezidenti ilə görüşüb

22-08-2015

Microsoft-dan bulud abunəçiləri üçün yenilik

26-10-2017

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017

İT-rəhbər və mütəxəssislər üçün seminar keçirilib

30-09-2015

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

RYTN-də daha bir direktor işdən çıxarıldı

11-01-2016

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009

Data Mərkəz vasitəsilə Microsoft yeni xidmətlərini təqdim edəcək

22-08-2015

TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

19-02-2015

Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi

20-11-2009

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015

Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

15-02-2017

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

“Microsoft Azerbaijan” gənc mütəxəssislər üçün seminar keçirəcək

18-06-2015

Elektron İmza layihəsinin pilot versiyasının təqdimatı keçirilib

14-04-2009

RİTN-nin Hesablama Mərkəzinin yaradılmasından 35 il keçir

01-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə