Previous Next
Bağla

“Microsoft” Cənubi Afrikaya 298 milyon dollar sərmayə qoyacaq

10-03-2025 09:44
“Microsoft” Cənubi Afrikaya 298 milyon dollar sərmayə qoyacaq

Texnologiya nəhəngi “Microsoft” Cənubi Afrikada süni intellekt və data mərkəzi infrastrukturu sahəsinə 298 milyon dollar sərmayə qoyacaq.

Xeberler.az “The Peninsula” nəşrinə istinadən məlumat verir ki, şirkət 2026-cı ilə qədər bir milyon cənubi afrikalıya süni intellekt və kibertəhlükəsizlik üzrə təlim imkanları təqdim edəcəyini elan edib.

Şirkətin vitse-prezidenti Brad Smith Yohannesburq Yohannesburqda konfransda bildirib ki, bu, ölkədəki data mərkəzlərinə indiyə qədər qoyulmuş bir milyard dollarlıq sərmayəyə əlavə olunacaq.

O əlavə edib ki, şirkət 50 min nəfərin bulud memarlığı, süni intellekt və kibertəhlükəsizlik sahələrində əlavə kurslar keçməsi və sertifikat imtahanlarında iştirak etməsi üçün maliyyə ayıracaq.

Cənubi Afrika Prezidenti Siril Ramafosa həmin konfransda çıxışında bildirib ki, bu sərmayə “həlledici bir vaxtda” - ölkənin noyabr ayında G20 sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir dövrə təsadüf edir. "Bu bizim üçün çox mühüm hadisədir, belə böyük məbləğdə bir sərmayənin qoyulması bizim üçün əlamətdar bir məqamdır," - deyə Ramafosa qeyd edib.

Bu sərmayə ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Respublikasının (CAR) hakimiyyətini torpaqların müsadirə edilməsində və insan hüquqlarının kobud şəkildə pozulmasında günahlandıraraq ölkəyə bütün maliyyə yardımının dayandırıldığını bəyan etdiyi bir zamana təsadüf edir. (AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

“Microsoft” süni intellektə 80 milyard dollar sərmayə qoyacaq

05-01-2025

“Microsoft” Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

03-04-2026

"Microsoft" süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək

23-04-2026

Google süni intellekt və məlumat mərkəzlərinə 9 milyard dollar ayıracaq

28-08-2025

ABŞ-də süni intellektin inkişafına sərmayə qoyacaq şirkət yaradılacaq

22-01-2025

ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

17-09-2025

“Microsoft” “Bing” üçün milyonlar xərcləyir

24-06-2009

Microsoft 1,3 milyard dollarlıq şirkət səhmlərini satışa çıxardı

10-11-2010

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

Dünyanın ən böyük şirkətləri saniyədə nə qədər qazanır?

24-11-2015

Cənubi Koreya BƏƏ-nin süni intellekt layihəsinə qoşulur

18-11-2025

"Microsoft" süni intellekt sayəsində 500 milyon dollar qənaət edib

10-07-2025

Microsoft fiziki imkanları məhdud insanlara yardım edəcək

10-05-2018

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

Azercell telekommunikasiya sahəsinə 1 milyarddan çox yatırım edib

22-02-2017

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

09-08-2024

Britaniya kosmik fəaliyyət üçün 25 milyon dollar yaxın sərmayə qoyub

29-01-2025

Trampın tarifləri "Apple" şirkətinə 2 milyard dollara başa gələ bilər

01-08-2025

Microsoft İsrailin bulud xidmətlərinə çıxışını dayandırıb

26-09-2025

Facebookun tarixi

23-10-2010

Cloudflare işçilərinin 20 faizini ixtisar edir

09-05-2026

Daha bir ölkə bitcoin-i rəsmi olaraq tanıdı

24-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə