Microsoft “Windows 10” əməliyyat sistemini təqdim edib

23-01-2015 / 11:34

“Microsoft” Korporasiyası yeni “Windows 10” əməliyyat sistemini təqdim edib. Təqdimatda çıxış edən “Windows” istehsalı şöbəsinin rəhbəri Terri Mayersonqeyd edib ki, “Microsoft” Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib.

 Bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, “Windows 10” əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir.

 “Windows Phone 8.1”, “Windows 8” və “Windows 7”istifadəçiləri üçün “Windows 10” il ərzində tam pulsuz olacaq. Korporasiyanın nümayəndəsi bildirib ki, “Microsoft” əvvəlki “Start” menyusunu qaytarıb, və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu “Windows 7”dəki kimi kiçiltmək olar. Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri “Cortana” səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı “Cortana” müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.

 Daha bir yenilik əvvəl anons olunmuş “Spartan” brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, “Spartan” brauzerinə də “Cortana” səs koməkçisi quraşdırılıb.

 “Microsoft”un təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya “HoloLens” adı verilib. Eynəklərə xüsusi olaraq “HoloStudio” proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır. Təqdimatla Korporasiyanın saytında tanış olmaq mümkündür.

 “Microsoft” haqqında:

 1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri.

 Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə