Previous Next
Bağla

MİDA evləri ilə bağlı daha bir həbs

14-05-2022 11:29
MİDA evləri ilə bağlı daha bir həbs

Mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edən şəxs tərəfindən aldadıldıqlarını bildirir.

Xeberler.az bildirir ki, həmin şəxslər Mahir Rəsulov adlı mütəxəssisin müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini deyirlər. Vətəndaşların sözlərinə görə, Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.

Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb: “Mahir Rəsulovun dostu Rəfael adlı şəxs özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək Mahirlə birlikdə insanları aldadıb. Təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.

Bu işdə pulların bir çox qismi Mahirin anası Rəsulova Şərafət Böyükağa qızının kartına göndərilib. Bunlardan əlavə özünü Mahirin dostu kimi təqdim edən Kadir Çezik adlı Türkiyə vətəndaşı da bir neçə nəfərdən sosial evlərin qazanılması üçün Mahirin adından pul alıb. Mahir pul aldığı şəxslərə bu il martın 30-a MİDA-dan mənzil udaraq onlara verəcəyini vəd edib. Bu iş alınmadıqda Mahir pul aldığı şəxslərə aprelin sonuna kimi pulları qaytaracağını bildirib. Amma daha sonra Türkiyəyə qaçmaq istəyib”.

Çoxsaylı şikayətlər nəticəsində M.Rəsulov saxlanılaraq istintaqa cəlb edilib. Vətəndaşlar həmin şəxsin maddi zərər vurduğu insanların siyahısını da hazırlayıb. Onların tərtib etdiyi cədvəldə iddia olunur ki, tutulan şəxs vətəndaşlara 155 700 manat ziyan vurub. 

Qeyd edək ki, adının anonim qalmasını istəyən bəzi şikayətçilər siyahıda özünü təqdim etməyib. Şikayətçilər hüquq-mühafizə orqanlarından hər hansı şikayətləri olmadığını, sadəcə olaraq pullarının geri qaytarılmasını istədiklərini bildiriblər.

  1.  

Rəhman

22.500 manat

       2. 

Seyran

19.100 manat

       3. 

Mirzəyev Elçin Arif

18.700 manat

       4. 

Əkbərov Vüsal Ramiz

12.600 manat

       5.  

Elvin

10.500 manat

       6.

Adil

10.000 manat

       7. 

Elvin

9.500 manat

       8.

Şahmar

8.700 manat

       9. 

Ceyhun

8.500 manat

       10

Elməddin

8.000 manat

       11 

Emin

6.300 manat

       12.

Saleh

4.000 manat

       13.

 Şahin

4.000 manat

       14. 

Natiq

3.000 manat

       15.

Mahal

2.800 manat

       16.

 Məmmədəli

2.000 manat

       17.

Tural

2.000 manat

       18.

Asif

1.500 manat

       19.

Rəşad

1.500 manat

       20.

Gülarə

1.200 manat

       21. 

Hüseyn

1.000 manat

       22.

Bəturə

8.000  manat

       23.

Solmaz

5.500 manat

Əldə etdiyimiz məlumata görə, 2000-ci il təvəllüdlü Mahir Rəsulov barəsində vətəndaşın etibarından sui istifadə etməklə 25 450 manat pulunu almasında dələduzluq əməlinin tərkibi olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Məhkəmə M.Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun digər dələduzluq əməlləri də olduğu istisna edilmir.

Onunla bağlı istintaq aparılmasına dair məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

(Qafqazinfo)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

13-10-2023

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022

Azərpoçt poçt müəssisələrinin təminatı üçün tender relan edib

09-01-2019

Azərmarka ötən ili mənfəətlə başa vurub

11-07-2019

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026

Jurnalistlərə və blogerlərə 3 min 800 manat həcmində maliyyə yardımı ayrıldı

07-12-2010

“INNOLAND”in rezidentləri 600,000 manat yatırım cəlb ediblər

04-07-2019

"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub

05-07-2023

Masallıda rabitə nə vaxt bərpa olunacaq?

11-02-2011

RİTN üzrə müəssisələrin gəlirləri 17,4% artıb

10-11-2008

Həftəsonu vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

14-04-2025

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023

“Azərkosmos”un nizamnamə kapitalı 23 milyon manat artırılıb

10-04-2023

Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilib

01-11-2021

İnternet resurslarının reklam gəlirləri artıb

25-07-2019

Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

22-12-2015

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

“SMS ŞANS” kampaniyası davam edir

08-04-2009

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

“SMS ŞANS” kampaniyası davam edir

17-03-2009

Dövlət televiziyasına İctimai televiziyadan üç dəfə çox vəsait ayrılıb

13-11-2009

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə