Mikayıl Cabbarov “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

11-03-2026 / 18:32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə rəqəmsal iqtisadiyyat, innovasiya və yüksək texnologiyalar sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyatın rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi, müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

Müzakirələr zamanı texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə