Rəşad Nəbiyev “Oracle” şirkətinin vitse-prezidentləri ilə görüşüb

06-03-2026 / 07:14

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.

Xeberler.az bildirir ki, görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə