Previous Next
Bağla

AzScienceCERT növbəti beynəlxalq akkreditasiyadan uğurla keçib

21-04-2026 16:09
AzScienceCERT növbəti beynəlxalq akkreditasiyadan uğurla keçib

Son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində ardıcıl və sistemli dövlət siyasəti həyata keçirilir. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi müəyyənləşdirilməsi bu istiqamətdə institusional yanaşmanı daha da gücləndirib.

Xeberler.az bildirir ki, bu kontekstdə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” ölkənin rəqəmsal təhlükəsizlik arxitekturasının formalaşmasında əsas yol xəritəsi kimi çıxış edir.

Strategiyadan irəli gələn vəzifələrin icrası çərçivəsində Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu tərəfindən kibertəhlükəsizlik infrastrukturu gücləndirilir, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin AzScienceCERT xidmətinin imkanları genişləndirilir və beynəlxalq əməkdaşlıq mexanizmlərinə inteqrasiya dərinləşdirilir.

Bu istiqamətdə mühüm nəticələrdən biri AzScienceCERT xidmətinin “TF-CSIRT Trusted Introducer” birliyi tərəfindən növbəti dəfə uğurla akkreditasiya olunmasıdır.

Qeyd edək ki, TF-CSIRT Trusted Introducer 2000-ci ildə Avropanın aparıcı kibertəhlükəsizlik qrupları tərəfindən yaradılıb və kompüter insidentlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini, operativ məlumat mübadiləsini və təhlükəsizlik qrupları arasında koordinasiyanı təmin edir.

Azərbaycanda fəaliyyətə başlayan ilk CERT strukturu olan AzScienceCERT 2010-cu ildə yaradılıb və elm və təhsil şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərinə cavab vermək üzrə ixtisaslaşıb. 2015-ci ildə GEANT Assosiasiyasında milli elm və təhsil şəbəkəsi operatoru statusu əldə edilməsi bu strukturun inkişafına mühüm töhfə verib.

AzScienceCERT beynəlxalq CERT təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır və qlobal kibertəhlükəsizlik təşəbbüslərində fəal iştirak edir.

Qurumun əsas missiyası AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi risklərinin idarə olunması, kritik infrastrukturun qorunması və dayanıqlı fəaliyyətin təmin edilməsidir. Eyni zamanda, minlərlə alim, müəllim, tələbə və doktorant üçün kibertəhlükəsizlik sahəsində geniş imkanlar yaradır və elmi-tədqiqat mühitində eksperimental baza rolunu oynayır.

Xatırladaq ki, AzScienceCERT 30 may 2011-ci ildə beynəlxalq səviyyədə akkreditasiyadan keçib və həmin vaxtdan etibarən mütəmadi beynəlxalq qiymətləndirmələrdən keçərək fəaliyyətini təkmilləşdirib. Bu il də akkreditasiya TF-CSIRT çərçivəsində əməkdaşlığın davamlılığını və qurumlar arasında etimadın gücləndirilməsini əks etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
AzScienceCERT-in maddi-texniki bazası gücləndirilir

AzScienceCERT-in maddi-texniki bazası gücləndirilir

22-12-2015
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

05-03-2021
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb

26-05-2026
Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025
Çexiyanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

Çexiyanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

27-08-2025
Azərbaycanlıların məruzləri  NATO-nun dəstək olduğu kitabda

Azərbaycanlıların məruzləri NATO-nun dəstək olduğu kitabda

18-11-2022
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-07-2024
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
AMB və ETX əməkdaşlığı gücləndirir

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə