Mikayıl Cabbarov: “İnnovasiya gələcəyə baxış prioritetlərimizdən biridir”

13-12-2022 / 11:17

İnnovasiya Azərbaycan üçün çox önəmli məsələdir, ölkənin gələcəyə baxış üzrə beş prioritetindən biridir.

Xeberler.az bildirir ki, bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Azərbaycan dayanıqlı inkişafa nail olmaq istəyir. Bu da geniş tədbirlərin həyata keçirilməsini tələb edir. Həm dövlət qurumlarında, həm də özəl müəssisələrdə innovasiyaların tətbiqinin genişləndirilməsi bizim üçün önəmli məsələdir”, - deyə o qeyd edib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.