Previous Next
Bağla

Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 faizə çatıb”

01-12-2022 17:23
Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 faizə çatıb”

Azərbaycanda 2021-ci ilin yekununda kiçik və orta biznes (KOB) subyektlərinin qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə payı 27,5 %-ə, qeyri-neft-qaz ixracında payı isə 2020-ci ilin yekunundakı 31,8 %-dən 59,8 %-ə çatıb.

Xeberler.az bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında nazir Mikayıl Cabbarov bildirib.

“Azərbaycanda bizneslərin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 20 milyard ABŞ dollarına yaxın olub və ümumi biznes dövriyyəsinin 32%-dən çoxunu, qeyri-neft-qaz ÜDM-nin isə 56,5%-ni təşkil edib”, - deyə o qeyd edib.

"KOB-ların inkişafı bizim üçün prioritetdir. Çünki, onlar istənilən ölkədə iqtisadiyyatın inkişaf tempini səciyyəələndirir. Azərbaycan hətta SSRİ dövründə sahibkarlıqla bağlı bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirməyə müvəffəq olub. Soruşa bilərsiniz ki, mərkəzləşdirilmiş və planlaşdırılan iqtisadiyyatda bu necə mümkün idi? Bu, qeyri-formal iqtisadiyyat olaraq fəaliyyət göstərib. Qeyri-formal iqtisadiyyat deyəndə biz mütləq qaydada qeyri-qanuni fəaliyyətləri nəzərdə tutmuruq. Sadəcə real sektoru tamamlayan tərəfləri qeyd edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafına təsir göstərən böyük amillərdən biri ölkə ərazisinin işğalı idi və əhalinin bir qisminin qaçqınlara çevrilməsi idi, iqtisadiyyat bu amili nəzərə almalı idi. Çünki bu, iqtisadi tənəzzülə və ÜDM-nin azalmasına səbəb olan amil idi. Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində uğura nail olduqdan sonra vəziyyət dəyişdi. Bizim göstəricilərimizdə mənfəət artmağa başladı", - deyə M.Cabbarov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "KOB-lardan vergi daxilolmaları 61 % artıb"

27-06-2023

Azərbaycan biznes sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayıb

01-12-2022

Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur

01-12-2022

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

"Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

28-12-2022

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

22-10-2025

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Azərbaycanda 120 KOB subyektinə Startap Şəhadətnaməsi verilib

06-12-2023

Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

30-09-2024

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023

Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə 3 milyard dolları ötəcək

28-12-2022

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023

Azərbaycan TDT ölkələrinə texnologiya transferi mərkəzləri yaratmağı təklif edib

26-10-2024

"Azərbaycanda sahibkarlar güzəştli kreditlərə üstünlük verir"

02-12-2022

Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

02-08-2022

Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

27-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə