Previous Next
Bağla

MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib

22-08-2019 12:58
MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025

Ekspert: "Qara qutu" nə üçün Braziliyaya göndərilib?

30-12-2024

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

05-02-2025

Robotlar cəsədləri çıxaracaq

06-05-2011

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

12-11-2015

RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

17-06-2025

Apple şirkəti təyyarə qəzasında təqsirləndirilir

15-05-2018

Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

25-12-2024

Azərbaycanda aviasiya sahəsində məlumatların vahid sistemi yaradılacaq

18-10-2023

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

Prezidentin tapşırığı ilə dövlət rəsmiləri təyyarə qəzasını araşdırmağa gedib

25-12-2024

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024

Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012

“Starship”in partlayışı ABŞ-də 240-a yaxın uçuş xəttini pozub

08-03-2025

Türkiyədə ilk yerli təyyarə istehsal edəcək şirkət yaradılıb

16-06-2015

YTP-da PUA-larla bağlı aparılan işlər yekunlaşıb

05-12-2022

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025

Nar-dan xərclər və vaxta qənaət imkanı

15-03-2018

Ekspert: AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı

05-02-2025

Təyyarə qəzasının səbəbi mobil telefon ola bilər

13-10-2008

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Müdafiə Nazirliyində kiber ordu yaradılır

16-09-2015

Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə