Previous Next
Bağla

Ekspert: "Qara qutu" nə üçün Braziliyaya göndərilib?

30-12-2024 17:01
Ekspert: "Qara qutu" nə üçün Braziliyaya göndərilib?
"Görünür ki, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Qazaxıstan mətbuatı yazır ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası "Qara qutu"nun oxunması üçün Braziliyaya göndərilməsinə qərar verib:
 
"Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq.
 
Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib".
 
Osman Gündüz bildirib ki, Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür:
 
"Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər".
 
Doğurdanmı Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?
 
Ekspert qeyd edib ki, bu qərarın həm də Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqət cəlb edəndir:
 
"Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı baxımından, beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur?
 
Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir.
 
Ümid edirəm Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".
 
Xatırladaq ki, ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilib ki, qəzaya uğramış “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək. Xüsusilə vurğulanıb ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025

Ekspert: AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı

05-02-2025

MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib

22-08-2019

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

05-02-2025

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

09-08-2023

Fiber-optik rabitə xətlərinin tikintisi 2022-ci ilədək başa çatacaq

17-09-2019

Ekspert: Qazaxıstanın hökumət komissiyası yekun məlumatı niyə gecikdirir?

10-01-2025

Braziliyada “X” in fəaliyyəti tədricən bərpa olunur

10-10-2024

Aİ kiberhücumlara görə üç rusiyalını “qara siyahı”ya salıb

27-01-2025

Qazaxıstan süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edib

02-05-2026

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021

Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

03-04-2022

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025

Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha çox faydalanmaq istəyir - Osman Gündüz

19-03-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

17-06-2025

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

Robotlar cəsədləri çıxaracaq

06-05-2011

Qazaxıstan süni intellekti dövlət idarəçiliyinə inteqrasiya edir

29-01-2025

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022

Qazaxıstan və Monqolustan investisiya sazişi imzalayıblar

30-10-2024

Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

09-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə