Previous Next
Bağla

Ekspert: AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı

05-02-2025 08:56
Ekspert: AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı dərc olunub.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, Qazaxıstan tərəfin hazırladığı ilkin Hesabatda təyyarənin Rusiya HHM tərəfindən vurulması faktı yoxdur. Kənar təsirlərdən, yad cisimlərdən söhbət gedir:
 
"Görünür ki, Qazaxıstan üçün də çətin olub. Hesabatda ancaq "quş sürüsü", "qaz balonu" iddiaları da təsdiqlənməyib.
 
Maraqlıdır ki, belə bir hesabat dərc olunan anda bizim mediada AZAL-ın təyyarəsinin Rusiya HHM tərəfindən, Pansir-S1 ilə vurulması haqqında Azərbaycan hökumətinə istinadla Röyters-in məlumatı açıqlanıb.
 
Görəsən eyni anda bu məlumatı açıqlamaq hansı qüvvələrə lazım olub".
 
Osman Gündüz bildirib ki, bu nəhənglikdə müttəfiq ölkə üzrxahlıq etmədi, məsuliyyəti üzərindən atdı:
 
"Belə olan halda kompensasiya, bu cinayəti edənlərin cəzalandırılmasını da gözləməyə dəyməz.
 
Görünən, diqqət cəlb edən bu oldu ki, Prezident son ana qədər müttəfiq ölkənin üzrxahlığı və etirafı üçün mübarizə apardı, ümid etdik ki bu baş tutacaq. Lakin görünür ki, hesablamalar doğru olmayıb".
 
Belə olan halda nə etmək lazımdır?
 
Ekspert qeyd edib ki, beynəlxalq qurumlara üz tutmaq, beynəlxalq müstəvidə ədaləti axtarmaq məntiqli olardı:
 
"Beynəlxalqda da aləm qarışıb, ədaləti güc əvəzləyib. İstənilən halda başqa yol, başqa seçim bizə qoymayıblar. Qazaxıstanla da mübarizə aparmağın yeri yoxdur.
Ümid edirəm baş verənlərdən cəmiyyət və dövlət olaraq ibrət dərsləri götürə biləcəyik".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

05-02-2025
Ekspert: "Qara qutu" nə üçün Braziliyaya göndərilib?

Ekspert: "Qara qutu" nə üçün Braziliyaya göndərilib?

30-12-2024
“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025
Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

25-12-2024
Ekspert: Xankəndi hava limanına kim nəzarət edəcək ?

Ekspert: Xankəndi hava limanına kim nəzarət edəcək ?

26-11-2020
Prezident AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

Prezident AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19-07-2025
Prezidentin tapşırığı ilə dövlət rəsmiləri təyyarə qəzasını araşdırmağa gedib

Prezidentin tapşırığı ilə dövlət rəsmiləri təyyarə qəzasını araşdırmağa gedib

25-12-2024
Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

13-09-2017
RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

17-06-2025
MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024
Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023
Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025
Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

Ekspert: DOST Agentliyinin saytı nə üçün yoxdur?

11-07-2019
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25-12-2024
AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

28-04-2023
Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

04-12-2024
Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019
Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019
“Naxçıvana noutbukların daşınmasına qadağa qoyulmayıb”

“Naxçıvana noutbukların daşınmasına qadağa qoyulmayıb”

27-07-2015
ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

05-09-2025
Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

18-01-2025
AZAL Galaxy Note 7  smartfonlarının daşınmasını tam qadağan etdi

AZAL Galaxy Note 7 smartfonlarının daşınmasını tam qadağan etdi

21-10-2016
Osman Gündüz: "Moskva razılaşması istənilən an pozula bilər"

Osman Gündüz: "Moskva razılaşması istənilən an pozula bilər"

11-10-2020
AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

06-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə