Previous Next
Bağla

RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

17-06-2025 13:07
RİNN nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri görüşüb

Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub. Həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədi ilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb.

Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeyd edən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyinin zəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütün təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrə tənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlət nəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nun standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlim proqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundan əlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardım proqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı ilə potensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqların İnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Respublikasının operatorları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobal miqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

ICAO-nun Baş katibi Azərbaycan nümayəndə heyətini qəbul edib

05-09-2025
Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti  ICAO-nun simpoziumunda iştirak edib   

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti ICAO-nun simpoziumunda iştirak edib  

01-07-2022
Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

Azərbaycan aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib

12-12-2018
Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndələri görüşüb

11-07-2025
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

18-11-2024
Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb

24-09-2019
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023
Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015
Azərbaycan Yüksək nailiyyətlərə görə şəhadətnamə ilə təltif edilib

Azərbaycan Yüksək nailiyyətlərə görə şəhadətnamə ilə təltif edilib

02-10-2019
Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023
Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018
Nazir Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri  ilə görüşüb

Nazir Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri ilə görüşüb

04-10-2024
Ermənistanda biometrik pasportlar və ID-kartlar tətbiq olunacaq

Ermənistanda biometrik pasportlar və ID-kartlar tətbiq olunacaq

28-04-2026
Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023
Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024
Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024
RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024
“Naxçıvana noutbukların daşınmasına qadağa qoyulmayıb”

“Naxçıvana noutbukların daşınmasına qadağa qoyulmayıb”

27-07-2015
Azərbaycan nümayəndə heyəti ICAO rəhbərliyi ilə görüşüb

Azərbaycan nümayəndə heyəti ICAO rəhbərliyi ilə görüşüb

17-04-2026
Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

13-09-2017
Azərbaycanda aviasiya sahəsində məlumatların vahid sistemi yaradılacaq

Azərbaycanda aviasiya sahəsində məlumatların vahid sistemi yaradılacaq

18-10-2023
Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə