Previous Next
Bağla

Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

18-01-2021 13:33
Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

Xeberler.az Sputnik-ə istinadən bildirir ki, Azərbaycanda mobil operatorların yaşayış məntəqələrində quraşdırdığı antenlərlə bağlı "Qaynar xətt"ə 17 şikayət daxil olub. ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, hər bir şikayətin yerində araşdırılması məqsədilə ölçü işləri aparılıb.

Belə ki, 17 şikayətin 16-da şüalanma norma daxilində müəyyən edilib. Onun sözlərinə görə, bu qurğuların müəyyən texniki parametrləri olur. Bu antenlərdən təkcə Bakıda istifadə edilmir. Bu gün belə antenlərdən bütün dünyada istifadə edilir. Onların texniki pasportunda əhatə dairəsi qeyd edilir.

Mütəxəssis bildirib ki, texniki pasportda qeyd olunan göstəricilərdə antenlərin mənfi təsiri 2 metr məsafə dairəsində olmur.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mobil operatorların antenlərinin quraşdırılması ilə bağlı standartları əks etdirən qaydalar var.

 

"Mobil operatorların antenləri yaşayış olmayan ərazilərdə, ən az 30 metr hündürlükdə yerləşdirilməlidir. Belə olan təqdirdə onun təsirləri minimuma endirilmiş olur", - deyən mütəxəssis vurğulayıb ki, müəyyən dövlət qurumları antenlərin yerləşdirilməsi ilə bağlı razılıq verməlidir.

"Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Sanitariya-epidemioloji xidmətin razılığı olmadan haradasa antenlərin quraşdırılması qadağandır. Buna baxmayaraq, şəxsi həyətlərdə, restoran və şadlıq saraylarının üzərində, məktəb və uşaq bağçalarının yanında antenlər quraşdırılır. Bu qanuna zidd bir haldır. Bu standartlara uyğun quraşdırılacaqsa, onun hündür qülləsi olmalıdır. Mobil operatorların antenləri səpələnmiş haldadır. Burada bir nizamlı sistem qurulmayıb. Kənar, yaşayış olmayan ərazilərdə normal qülləsi olan antenlərin quraşdırılması xərcləri böyükdür. Yəni mobil operatorlar bu prosesə 100-200 min manat xərc çəkməlidir", - deyən ekspert vurğulayıb ki, mobil operatorlar bu xərci dəfələrlə azalda bilmək üçün antenləri məktəblərin, uşaq bağçalarının, kafe və restoranların üzərinə yerləşdirirlər. Bu qənaət riskləri artırır. Monitorinqlər aparılarsa, mobil operatorların antenlərinin quraşdırıldığı ərazilərdə insanların ölüm nisbəti ortaya çıxar.

Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

"Monitorinqlər aparılmalı, statistika ortaya çıxarılmalıdır. Antenlərin hansı standartlarla quraşdırıldığı müəyyən edilməlidir. Bu ciddi əhəmiyyətli məsələdir. Monitorinqlərdən sonra ciddi addımlar atılmalıdır. Ehtiyac olarsa, antenlərin yerləşdirilməsi standartını əks etdirən qaydalar sərtləşdirilməlidir", - deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar yaşayış evlərinin tikintisi prosesi sürətlənib. Əgər əvvəllər mobil operatorların yaşayış ərazisi olmayan yerlərdə antenlər var idisə, indi bu antenlər yaşayış ərazilərinə düşə bilər: "Amma mobil operatorlar həmin antenlərin yerinin dəyişdirilməsi barədə düşünmür".

Mütəxəssislərin fikrincə, elektromaqnit şüalanma insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Həkim terapevt Məlahət Abbasova bildirir ki, mobil operatorların antenləri yaşayış evlərinə yaxındırsa, bu ilk növbədə fizioloji pozuntuya səbəb ola bilər. Bu zaman ürəkbulanma, baş ağrısı, yorğunluğun artması müşahidə edilir. Eyni zamanda psixoloji pozuntular əsəbilik, özünü idarəetmədə çətinlik və s. ola bilər: "İnsan radio şüalanmaya məruz qaldığı zaman endokrin, əsəb, immunitet, reproduktiv sistemlərdə problemlər müşahidə edilir. Bu təsir onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər".

Həkim vurğulayıb ki, şüalanma uşaqlar, hamilə qadınlar, mərkəzi sinir, ürək-damar sistemi və allergiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015

“Operatorlar insan səhhəti üçün təhlükə yaratmır”- Nazirlikdən açıqlama

21-01-2015

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

RYTN mobil operatorlara xəbərdarlıq etdi

29-05-2015

Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

08-10-2015

Alimlər smartfonların insanlara zərərli təsirindən narahatdır

13-05-2015

Mobil operatorların rominq qiymətləri: Hansı daha sərfəlidir?

24-05-2019

Mobil operatorlar qarşılıqlı ödəmələrdə vahid tarifə keçir?

03-12-2014

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Uşaq xəstəxanasının, məktəblərin üzərində mobil ötürücülər

26-04-2008

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Ətrafımızdakı radio ötürücülərin, mobil operatorların baza stansiyalarının sağlamlığa təsiri varmı?

28-06-2024

Nazir müavini problemlə üzləşən mobil şəbəkə istifadəçilərini nazirliyə müraciət etməyə çağırıb

06-11-2019

"Azərbaycanda mobil operatorlar lisenziya üçün az pul ödəyirlər"

10-11-2022

Mobil operatorlar arabağlantı tariflərini aşağı salmalıdır

08-10-2015

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024

SİM kartlar yenidən məcburi qeydiyyatdan keçiriləcək

03-08-2016

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

Delta Telecom mobil internet bazarında haqsız rəqabət yarada bilərmi?

14-10-2015

Gələn il ölkə əhalisi televizorsuz qala bilər

13-03-2011

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013

“Gizli nömrədən zəng” xidməti ləğv olunur

11-05-2011

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə