Previous Next
Bağla

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024 14:30
Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib
Son günlər bir çox ərazilərdə mobil xidmətlərin keyfiyyətinin aşağı düşməsi müşahidə edilir.
Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  öz sosial media hesablarında bildirib.
O mobil xidmətlərin keyfiyyəti ilə bağlı aşağıdakıları qeyd edib :
"Xüsusən də həftəsonu qar yağması ilə bağlı mobil rabitə və mobil internetlə bağlı vəziyyətin pisləşdiyi bildirilirdi.
Təəssüf ki, mobil operatorlar və İKTA hələlik bunun səbəbləri haqda açıqlama verməyiblər.

Düşünürəm ki, rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edən RİNN-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqləri gücləndirməlidir.
Hər bir operator üzrə bəlli ərazilərdə mobil internetin sürətləri ölçülməlidir.
Bu ərazilərdə mobil operatorların baza stansiyalsrının yerləşməsi, əhatə dairəsi də monitorinq olunmalıdır.
Zəruri olan ərazilərə yeni baza stansiyalatın quraşdırılması üçün operatorlara göstərişlər verilməlidir.

RİNN-nin "Onlayn Azərbaycan" layihəsinin uğurla reallaşması nəticəsində kəndlərdə baza stansiyaların quraşdırılması üçün də daha münbit şərait yaranıb.
Keyfiyyətsiz xidmət göstərən operatorlar İKTA tərəfindən cərimələnməlidir.

İKTA-nın bu monitorinqlərin nəticələrini dərc etməsi də doğru və faydalı olardı.

Eyni zamanda , qarşıdan COP29 tədbiri gəlir. Tədbir çərçivəsində bəlli ərazilərdə içtifadəçilərin xeyli artacağı, ümumiyyətlə isə 100 minədək xarici nümayəndənin bu tədbirlərdə iştirakı gözlənilir.
Ümid edirəm rabitə xidmətlərinin göstərilməsində problem olmayacaq.

Düşünürəm ki, İKTA mobil rabitə və internet xidmətlərinin keyfiyyətinə nəzarəti daha da gücləndirməlidir.
Fikrimcə 5G infrastrukturun qurulması üçün səylər də artırılmalıdır."
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015

Azərbaycanda mobil operatorların işi yoxlanılacaq

06-04-2015

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023

Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq

02-03-2015

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası tamamlanıb

19-12-2025

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025

Azərbaycanda mobil rabitə tarifləri azaldılır

29-04-2015

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025

İKTA Bakıda və Abşeronda mobil rabitənin keyfiyyətini ölçüb

02-07-2025

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

Xankəndi və ətraf ərazilərdə internetlə rabitə xidməti necə təşkil olunmalıdır?

13-01-2023

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə