Previous Next
Bağla

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022 13:16
Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?
"Son zamanlarda hiss olunur ki, mobil operatorlar xidmətlərin qiymətlərini artırmaqda çox maraqlıdır. Həm də bu proses az zaman fərqi ilə operatorların hamısında baş verir, sanki hər üç mobil operator bunu separat sövdələşmə ilə edirlər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bütün bunların kökündə mobil bazarda rəqabətin zəif olması dayanır.
 
"Hər üç operatorun, Azercell, Bakcell və Nar mobil operatorlarının fəaliyyət göstərdiyi mobil bazarda sanki balanslaşdırılmış bir rəqabət var, sanki razılaşdırılmış bir tarif siyasəti var.
 
Maraqlıdır ki, Azercell dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabət daha da azalıb. Mobil bazarda texnoloji bir durğunluq, innnovasiyaların çatışmazlığı da özünü açıq-aşkar göstərir".
 
Osman Gündüz bildirib ki, istifadəçilər 4G-nin üstünlüklərini görə bilmədiyi halda, qonşu ölkələrdə 5G infrastrukturu qurulub və üzərində "ağıllı şəhərlər" salırlar. Onlarda müzakirə predmeti artıq 6G üzərindədir.
 
"Bizim mobil operatorlarımız siə sanki "yatıblar", bahalı trafiki, bahalı datanı satmaqla işlərini bitmiş hesab edirlər.
 
Düşünürəm ki, belə bir vəziyyət Antiinhisar Dövlət Xidmətini və operatorlara bütün ölkə boyu fəaliyyət üçün lisenziya verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini ciddi narahat etməlidir. Hər iki qurum monitorinqlər aparmalı, araşdırmalıdırlar ki, rəqabətin qarşısnı alan amillər hansılardır".
 
Ekspert bildirib ki, bu baxımdan RİNN yanında yeni yaradılan İKT Agentliyindən gözləntilər çoxdur, təəssüf ki, bu dövlət qurumunun formalaşdırılması, rəhbərinin təyin edilməsi prosesi də xeyli müddətdir ki uzanır və sektorda normal tənzimləmə prosesinin oturuşmasına mənfi təsir göstərir.
 
Osman Gündüz mobil internetin qiyməti məsələsinə də toxunub. Onun fikrincə qonşu ölkələrlə müqayisə etdikdə ölkədə mobil internetin qiyməti kifayət qədər yüksəkdir.
 
"Statistikaya baxanda görmək olur ki, qonşu ölkələrdə mobil tariflər həm də azalmağa doğru geydiyi halda bizim operatorlar ən yaxşı halda uzun müddət qiyməti stabil saxlamaqda, bir çox hallarda isə qiyməti qaldırmaqda maraqlıdırlar.
 
İkinci diqqət çəkən məsələ isə rayon mərkəzlərindən uzaq olan ərazilərdə, əhali sayı az olan kəndlərdə, avtomobil magistralları və dəmiryol xətti boyunca mobil infrastrukturun qurulmamasıdır.
 
Çox sayda kəndlərimizdə ümumiyyətlə mobil internet yoxdur, mobil rabitə isə keyfiyyətsizdir.
 
Məlumdur ki, hazırda RİNN bütün ölkə üzrə internet infrastrukturun qurulması istiqamətində işlərə başlayıb. Rayonlarda rabitə briqadaları işləyir. Bildirib ki, 2 il ərzində bu proses başa çatmalıdır.
 
Belə bir məqamda mobil operatorların da bu işlərə töhfə verməsi, ən azı əhali sayı az olan ucqar kəndlərdə baza stansiyaların qurulmasına diqqət yetirməsi doğru olardı".
 
Ekspertin sözlərinə görə, mobil operatorlar lisenziya şərtlərində bütün ölkə boyu keyfiyyətli rabitə xidmətləri verməyi öhdəsinə götürsə də, real vəziyyət ondan ibarətdir ki belə bir xidmət bütün ölkə boyu yoxdur.
 
"Əgər mobil operatorlar bütün ölkə boyu keyfiyyətli və dayanıqlı infrastruktur qurmaqdan yayınırlarsa, onda fikrimcə adı çəkilən müvafiq dövlət qurumları zəruri addımlar atmalıdır.
 
Əlbəttə, bizim rəqəmsal bazar, bizim mobil bazar kiçikdir. Bununla belə rəqəmlərə nəzər salanda görmək olar ki, mobil sektorda əldə olunan gəlirlər də yetərincədir. Xüsusilə də pandemiya dövründə ölkəmizdə də rəqəmsal transformasiya gücləndiyindən, mobil internet istifadəçilərinin sayı kəskin artdığından mobil operatorlarımız da gəlirlərini yetərincə artıra biliblər".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Mobil operatorlar qarşılıqlı ödəmələrdə vahid tarifə keçir?

03-12-2014

Delta Telecom mobil internet bazarında haqsız rəqabət yarada bilərmi?

14-10-2015

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025

"Azərbaycanda mobil operatorlar lisenziya üçün az pul ödəyirlər"

10-11-2022

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024

Azərbaycanda mobil rabitə tarifləri azaldılır

29-04-2015

Mobil operatorlar arabağlantı tariflərini aşağı salmalıdır

08-10-2015

“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə