Azərbaycanın süni peykinin orbitə buraxılması regional baxımdan əhəmiyyətlidir

22-01-2009 / 15:18

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat” layihəsi çərçivəsində yaxın vaxtlarda iki qlobal orbital mövqe icarəyə götürüləcəkdir. Azərbaycanın bu günədək aldığı orbital mövqelər yalnız ölkə daxilində istifadə üçün nəzərdə tutulub.

Beynəlxalq Telekommunikasiya İttifaqı ilə qlobal mövqelərin alınması istiqamətində iş aparılır, bir neçə ölkə ilə memorandum da imzalanıb.

Azərbaycanın 2010-cu ildə birinci, 2011-ci ildə isə ikinci süni peykinin orbitə çıxarılması regional baxımdan böyük əhəmiyyət kəsb edir. Bu peyklər Şərqi Avropa, Şimali Afrika, MDB, Orta, Mərkəzi və Şərqi Asiyanın bir hissəsini əhatə edəcəkdir.

Beləliklə, ölkəmizin beynəlxalq məkana çıxışı təmin olunacaq. Bununla əlaqədar dövlət başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalayıb.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə