ABŞ-da “AzərSat” peykinin texniki parametrləri müzakirə ediləcək

22-01-2011 / 17:21

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri Dallasda (Virciniya ştatı) “Azərsat” telekommunikasiya peykinin texniki parametrlərini müzakirə edəcək.

Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir. “Nazirliyin mütəxəssisləri səfər çərçivəsində “Azərsat” peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak etməyi planlaşdırır”, – deyə məlumatda vurğulanır. Nazirliyin mütəxəssislərinin ABŞ-a səfəri yanvarın 25-dək davam edəcək. Xəbər verildiyi kimi, 2010-cu ilin mayında RİTN peyk istehsalı üzrə Orbital Sciences Corporationla müqavilə imzalayıb. Müqaviləyə əsasən, Amerika şirkəti 26 ay ərzində “Azərsat” peykini hazırlamağı öz öhdəsinə götürür. Həmçinin Azərbaycan Malayziyanın “MEASAT” peyk operatoru ilə orbital mövqenin “AzərSat” peyki üçün istifadəsini nəzərdə tutan uzunmüddətli icarə müqaviləsi imzalayıb. Peykin kosmosa buraxılmasını Fransanın Airanespace şirkəti həyata keçirəcək və peykin buraxılmasının ümumi dəyəri $93 mln. təşkil edir.

Ehtimal olunur ki, xərclər 5-7 il ərzində çıxarılmalıdır. Peyk istismar olunduğu növbəti 15 ildə xalis mənfəət gətirməlidir. Nazirliyin mütəxəssislərinin fikrincə, milli peyk keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etmək, kanalların sayını artırmaq imkanı verəcək.

Əgər “Azərsat” Avropa ərazisini əhatə etsə, Azərbaycan kanalların Avropa və Asiyaya yayımında tranzit ölkə kimi çıxış edə bilər. Azərbaycan öz rabitə peykinin ehtiyatlarının 15-20%-dən istifadə etməyi, ehtiyatların yerdə qalan hissəsini isə beynəlxalq bazarda satmağı planlaşdırır.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə