«Azercell»dən növbəti hədiyyə kampaniyası

30-03-2009 / 17:00

«Şans Cep*T»  kampaniyası çərçivəsində 27 mart 21 may tarixlərində Azercell abonentləri hər həftə 1 ədəd Mercedes B sinfi avtomobil əldə edə biləcəklər. Kampaniyanın super hədiyyəsi isə İstanbul şəhərində 3 otaqlı mənzil olacaq.

Kampaniyada iştirak etmək üçün abonentlər 6933 qısa nömrəsinə məsaj göndərməlidirlər və bu məsajlarda abonentin adı, soyadı və yaşadığı yerin adı qeyd olunmalıdır. Hədiyyələr hər həftənin Cümə günü oynanılacaqdır. Hədiyyələrin kim tərəfindən qazanılması barədə məlumat kampaniyanın rəsmi internet səhifəsi olan www.sanscept.com yerləşdiriləcəkdir.

Hər həftə bir Mercedec Benz B class avtomobili oynanılacaqdır və kampaniyanın son cümə günü isə bütün iştirakçılar (istər qazanmış, istərsə də qazanmamış) İstanbulda tam təmirli ev tirajına qatılacaqlar.

Məlumat üçün bildirək ki, kampaniya barədə reklam Türkiyə kanalları ilə yanaşı Azərbaycan kanallarında da yayımlanacaq.

Qeyd edək ki, “Azercell” Azərbaycanın mobil operator bazarında aparıcı yer tutur və hal-hazırda 3,5 milyondan çox abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə