“Nar mobile”ın kommersiya fəaliyyətinə başlamasının iki ili tamam oldu

03-04-2009 / 14:24

“Azerfon” MMC qısa müddət ərzində ölkənin GSM bazarında 20 faizlik paya malik olub.
Şirkətdən bildirmişlər ki, MMC fəaliyyət göstərdiyi iki il ərzində ölkə ərazisinin 80 faizini əhatə etmişdir. Son yarım ildə şirkətin inkişaf sürətinin göstəriciləri 40 faiz artırıb.

Ümumilikdə operator tərəfindən 71 ölkədə 123 rouminq, 46 ölkədə 69 GPRS rouminq sazişi imzalanmışdır.
Hazırda şirkətdə 630-dan çox mütəxəssis çalışır. Keyfiyyətli və sərfəli rabitə sayəsində abunəçilərin sayı bir milyondan çoxdur.

Ölkə üzrə 600 satış nöqtəsi, o cümlədən 11 Nar Mobile Mərkəzi fəaliyyət göstərir. Yaxın gələcəkdə regionlarda və paytaxtda daha 5 Satış Mərkəzinin açılışı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə