Azərbaycanın Biznes sahəsində göstərdiyi yüksək nəticələrə əsasən, AZERFON MMC diplomla təltif olunub.
"Biznes Sahəsində Uğurlu Fəaliyyət" müsabiqəsi Biznes Dünyası analitik -iqtisadi jurnalı tərəfindən təşkil olunur.
Müsabiqənin əsas məqsədi - ölkədə biznes inkişafının dəyəndirilməsi və Azərbaycanda biznesin inkişafı üğrunda öz töhfəsini verən şirkətləri təyin etməkdir.
Şirkətin abunə bazasının artımı, həmçinin təqdim edilən xidmətlərə abunəçilərin böyük marağı AZERFON MMC-nin Azərbaycan mobil rabitə sahəsindəki uğurlarından xəbər verir.
Qısa bir zaman ərzində, Azərbaycan Respublikasıının 80% ərazisini əhatə edərək, Nar Mobile yerli GSm bazarının 20 % paya sahibdir. Hal - hazırda, şirkətin abunəçilərin sayı 1 200 000 ötüb. Operator tərəfindən 71 ölkə ilə 123 rominq, 46 ölkə ilə isə 69 GPRS rominq sazişləri imzalanıb. Ölkə üzrə 600 satış nöqtəsi, o cümlədən 11 Nar Mobile Mərkəzləri fəaliyyət göstərir Şirkət bir çox iri layihələr, o cümlədən 13 Tarif Planları, 14 müxtəlif kampaniya və 18 növ mobil xidmətləri uğurla həyata keçirib.
AZERFON MMC nümayiş etdirdiyi yüksək inkişaf göstəriciləri və nailiyətlərinə görə, - İKT sahəsində İlin Şirkəti nominasiyasında Uğur mükafatına, İlin PR xidməti nominasiyasında Press-reliz yayım xidməti mükafatına, Biznes sahəsində uğurlu fəaliyyətinə görə Biznes Dünyası jurnalı tərəfindən diplomla təltif olunmuşdu.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri