Nokia mobil ödəmə xidməti bazarında gücünü artırmaq istəyir

08-04-2009 / 18:19

Bu məqsədlə Nokia Obapay firmasına 70 milyon dollar sərmayə qoydu. Obapay firması cib telefonları vasitəsilə maliyyə hesablarını, maliyyə işlərini həll edən bir sistemə malik şirkətdir.

Obapay sizin şəxsi hesabınızı yaradır və kredit kartınızla əlaqələndirir, bununla da mobil vasitəsilə pul köçürmələrində vasitəçi olur.

Daha sonra istifadəçi müəyyən məbləği SMS xüsusiyyəti olan mobil telefona göndərə bilər. Alıcı isə (yəni SMS göndərilən şəxs) göndərilən pulu öz Obopay hesabına və ya birbaşa bank hesabına köçürə bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə