Pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcək

23-02-2011 / 00:39
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, bu ilin martından pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcəkdir.

Hazırda Bakıda, Sumqayıtda və Abşeronda bütün pensiyaçıların mobil telefonlarının nömrələri öyrənilir və qeyd olunur. İlk olaraq bunu qeyd olunan yerlərdə tətbiq edəcəyik, alınan nəticələrdən sonra bu, bütün ölkəni əhatə edəcəkdir. Hər ay pensiyaçıların hesabına pul köçürüldükdə dərhal onların mobil telefonuna “Sizin hesabınıza bu məbləğdə pul köçürülüb, ala bilərsiniz” tipli SMS məlumat göndəriləcəkdir. Bununla da pensiyaçıların dəfələrlə bankomata gedib-gəlməsinə ehtiyac qalmayacaqdır.

Fondun sədrinin sözlərinə görə, əgər pensiyaçının şəxsi mobil telefonu yoxdursa, onun yaxınının, qohumunun nömrəsi qeyd oluna bilər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə