Artıq bir neçə gündür ki, Bakcell operatorunun abunəçiləri 2 və 1 manatlıq danışıq kartlarını ya tapa bilmirlər, ya da əl altdan baha qiymətə almağa məcbur olurlar. Kontur qıtlığı möhtəkirlərin əl-qolunu açmaqla yanaşı insanlar arasında “Bakcell” bağlanır”, “Böhran “Bakcell”i də vurdu” və s. bu kimi şayiələrin yayılmasına rəvac verib. Şirkət rəhbərliyinin də məlumat yaymaması insanların şayiə yaradıcılığına stimul verib.
Məhz bu şayiələrə aydınlıq gətirmək məqsədilə “Bakcell” şirkətinin baş ofisi ilə əlaqə saxladıq. Özünü Kəmalə xanım kimi təqdim edən şirkət əməkdaşı Qaynar.info-nun suallarına cavab olaraq bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur və şayiədən başqa bir şey deyil. “Sadəcə olaraq, satışda olan 2 və 1 manatlıq konturlar qurtarıb, amma sabahdan hər şey normal olacaq.”
Kəmalə xanım onu da dedi ki, konturların qiymətində hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur, sadəcə yeni konturların dizaynında müəyyən dəyişikliklər olacaq.”
Qeyd edək ki, “Bakcell” danışıq kartları xaricdə istehsal olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri