İnformasiya texnologiyaları sahəsinin mütəxəssisləri vəzifələrindən sui-istifadə edirlər

11-06-2009 / 14:13

Finlandiyanın informasiyanın qorunması üzrə Cyber-Ark şirkəti ABŞ və Böyük Britaniyada 400-dən çox İT-mütəxəssis arasında sorğu aparıb. Sorğuya əsasən respondentlərin 35% -inin parollara çıxış imkanlarından sui-istifadə etdikləri məlum olub. Daha 74% İT-mütəxəssis isə onlara vəzifə borclarına bilavasitə aid olmayan korporativ məlumatlara daxil olma \"qabiliyyət\"lərinin olduğunu etiraf ediblər.

Burdan belə nəticəyə gəlmək olur ki,informasiya texnologiyaları sahəsinin mütəxəssislərinin üçdə bir hissəsindən çoxu gizli korporativ informasiyanın əldə olunması üçün parollara çıxış hüquqlarından çox vaxt sui-istifadə edirlər. Bu məlumatlara həmkarların əmək haqları, kadr şöbələrinin bazaları və ya rəhbərliyin qapalı müşavirələrinin stenoqramlarına dair informasiyaları aid etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə