Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi ANS ÇM radiostansiyasına şifahi xəbərdarlıq edib.
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun APA-ya verdiyi məlumata görə, radiostansiyaya milli-mənəvi dəyərləri pozan verilişlər yayımladığını görə xəbərdarlıq olunub: “ANS ÇM-in “Gənc klub” verilişinin bir neçə buraxılışında milli-mənəvi dəyərləri, etik normaları pozan hallar qeydə alınıb. Radiostansiya “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli mənəvi dəyərlərin qurunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozub.
Verilişin buraxılışlarından birində erotik və pornoqrafik filmlərlə bağlı müzakirələr aparılıb. Çoxsaylı dinləyici şikayətlərinə əsasən, radiostansiyanın son həftələrdə olan yayımları monitorinq nəzarətinə götürülüb.
Hazırda faktların dəqiqləşdirilməsi prosesi gedir, əldə etdiyimiz faktlar verilişlərin audio yazıları ilə tutuşdurulur. Faktlar tam dəqiqləşəndən sonra bu məsələ MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq”.
Şöbə müdirinin sözlərinə görə, hazırda MTRŞ növbəlilik prinsipi ilə daha bir neçə radiostansiyanın monitorinqini aparır. Monitorinqlər zamanı milli-mənəvi dəyərlərin qorunması və aparıcıların efir mədəniyyəti ilə bağlı faktlar nəzərdən keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri