Dünən Bakı Apelyasiya Məhkəməsində “Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı iddiasına baxılıb.
“Azerfon” MMC 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək “dəymiş zərəri” əsas gətirib. Şirkət qarşı tərəfdən 7 708 240 manat vəsait və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edib. Birinci instansiya məhkəməsində işə tam baxılmayıb.Dünənki prosesin isə təxirə salınması haqqında qərar qəbul olunub.
Təəssüf ki, bütün səylərə baxmayaraq tərəflərin məhkəmə iclası haqqında fikirlərini öyrənmək mümkün olmadı.
Xatırladaq ki, bu il iyulun 21-də “Azercell Telekom” MMC açıqlama yayaraq “Azerfon” MMC-nin onlara 11 000 000 manata yaxın məbləğdə arabağlantı borcu yarandığını elan etmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri